Yaqut Qarayeva: "Testi pozitiv çıxanlardan simptomları yüngül olanlar evdə müalicə edilə bilər"

Yaqut Qarayeva: "Testi pozitiv çıxanlardan simptomları yüngül olanlar evdə müalicə edilə bilər"
# 02 aprel 2020 12:56 (UTC +04:00)

"İstər karantin, istər müalicədə olanların sayı ciddi şəkildə artarsa, testi pozitiv, amma simptomları yüngül olanlar evdə müalicə oluna bilər".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda və regionlarda karantin və müalicə müəssisələri var: "Amma say artarsa, başqa ölkələrin təcrübəsindən istifadə edilərək evdə müalicə edilə bilər. Yaxınlarda xəstəxana açıldı, o xəstəxananın bu ərəfədə açılmasının səbəbi koronavirus xəstələrinin müalicəsi məqsədi ilədir, xüsusilə ağır xəstələr orada müalicə olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR