Yaqut Qarayeva: "Yoluxmaların 52,9 faizi Bakıdadır"

Yaqut Qarayeva: "Yoluxmaların 52,9 faizi Bakıdadır"
# 19 mart 2021 16:10 (UTC +04:00)

“Bizim üçün ən önəmlisi ümumi testlərin sayı deyil. Testlərin içərisində yoluxanların sayıdır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, aktiv xəstələrə həm evdə, həm də xəstəxanalarda müalicə alanlar daxildir: “Dekabrın sonunda sərt karantin rejiminə keçəndən sonra yoluxma sayında kəskin azalma müşahidə edilirdi. Mərhələli şəkildə karantindən çıxmağa başlayanda tədricən yoluxmaların sayında artım müşahidə edildi. Bununla bərabər ən çox yoluxma faizi Bakıdadır. 52,9 % yoluxmalar Bakıdadır. Abşeron, Sumqayıt, Gəncə-Qazax bölgəsində il ərzində olduğu kimi yoluxmalar çox olaraq qalır. Bakı şəhərinin Xətai, Yasamal, Binəqədi rayonlarında yoluxmaların faizi yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR