Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin 7%-i dövlət büdcəsinə köçürüləcək

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin 7%-i dövlət büdcəsinə köçürüləcək
# 31 mart 2020 17:57 (UTC +04:00)

Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarının (qurumlarının) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 7%-i dövlət büdcəsinə köçürüləcək.

APA-nın məlumatına görə, bu, "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarının (qurumlarının) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülüb. Təklif edilən dəyişikliyə əsasən, bu vəsaitin 93%-i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7%-i isə dövlət büdcəsinə köçürüləcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR