Zaqatalada qoşqulu motosiklet aşıb, bir nəfər xəsarət alıb

Zaqatalada qoşqulu motosiklet aşıb, bir nəfər xəsarət alıb
# 15 iyun 2020 10:46 (UTC +04:00)

Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Mosul kəndində baş verib. Kənd sakini Bayram Topalov idarəetdiyi qoşqulu motoskletlə hərəkətdə olarkən idarəetməni itirərək motoskleti aşırıb. Qəza zamanı motoskletdə şərnişin qismində olan Mosul kənd sakini, 1976-cı il təvəllüdlü Rafiq Yaqub oğlu Musayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. R. Musayevin vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR