Bank Of Baku

Azərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək 

Azərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək 
# 21 iyun 2019 14:33 (UTC +04:00)

Azərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək. 

APA-nın məlumatına görə, bununla bağlı “ Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir. 

Qanun layihəsinin 107-ci maddəsinə (Hakimlərin məzuniyyət müddəti və haqqı) təklif olunan dəyişikliyə görə, hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir. 

Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR