Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb
  • Clock-gray 11:38
  • calendar-gray 20 Noyabr 2019

Bu ilin noyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 196,9 min nəfər olub ki, onlardan 4 945,1 min nəfəri məşğul əhali təşkil edib. 

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,11%, məşğul əhalinin sayı isə 1,18% artıb.

2019-cu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 78,7 min nəfər olub ki, onların 36,1%-i qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manat olub.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date