Bakıda MDB ölkələrinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərətçi Şurasının iclası keçiriləcək

Bakıda MDB ölkələrinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərətçi Şurasının iclası keçiriləcək
  • Clock-gray 13:54
  • calendar-gray 10 Oktyabr 2019

Oktyabr ayının 14-də Müstəqil Dövlətlər Birliyi ölkələrinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərətçi Şurasının iclası keçiriləcək.

APA-nın verdiyi xəbərə görə, Şuranın üzvləri iclasda 21 məsələni müzakirə edəcək. Müzakirə olunacaq məsələlərə MDB ölkələri arasında sosial və əmək sferasında əməkdaşlıq, bu sahədə mövcud vəziyyət və görülən tədbirlər daxildir.

Bakıda keçiriləcək iclasda Azərbaycan tərəfinin iştirakçılara ölkədə fəaliyyət göstərən tibbi-sosial ekspertiza üzrə elektron prosedurlarla bağlı proqramı  təqdim edəcəyi gözlənilir.

 

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date