Bakıda ağac kəsən yol təmir-tikinti idarəsi ilə bağlı protokol tərtib edilib

Bakıda ağac kəsən yol təmir-tikinti idarəsi ilə bağlı protokol tərtib edilib
  • Clock-gray 18:00
  • calendar-gray 12 Noyabr 2019

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, K.Səfərəliyev küçəsi 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir ağacın kəsilərək üstünün asfaltla örtüldüyü aşkar edilib”. 

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, araşdırma zamanı ağacın yol təmir-tikinti idarəsi tərəfindən asfaltlama işləri aparılan zaman kəsildiyi məlum olub: “Faktla bağlı protokol tərtib edilib. İdarənin hüquqi şəxs qismində cərimə edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə göndəriləcək”.
 

Digər xəbərlər

Arxiv

date