ETSN: Ov qaydalarını pozan iki əcnəbi saxlanılıb

ETSN: Ov qaydalarını pozan iki əcnəbi saxlanılıb
# 08 noyabr 2019 17:23 (UTC +04:00)

"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında vətəndaş ov qaydalarının pozulmasına görə iki Küveyt vətəndaşı saxlanılıb".

APA xəbər verir ki,bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat məbləğində cərimələnib:

"Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".

H.Əlizadə qeyd edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR