Fərəh Əliyeva: "Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb"

Fərəh Əliyeva: "Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb"
# 25 iyun 2019 13:11 (UTC +04:00)

“Bu səhnədə dayanmaq mənim üçün ağırdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun qızı Fərəh Əliyeva deyib.

O, atası ilə vida mərasiminə gələn hər kəsə təşəkkür edib: "Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb. Bu ömür yolunda qoyduğu miras onun təmiz adı, ləyaqəti idi. Atam həmişə BDU-nu özünün birinci evi hesab edirdi. O, 60 ildən çox bura gəlib-gedirdi. Onun düşüncəsində BDU Azərbaycanın modeli idi. Cümhuriyyətin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi. Atam Prezident İlham Əliyevin və Birinci-vitse Prezident Mehriban Əliyevanın qayğısını görüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR