Gələn il mədəniyyət və idman sahəsinə ayrılan vəsait açıqlanıb

Gələn il mədəniyyət və idman sahəsinə ayrılan vəsait açıqlanıb
# 18 oktyabr 2019 18:00 (UTC +04:00)

2020-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün 439,2 milyon manat ayrılacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu da 2019-cu illə müqayisədə 99,6 milyon manat və ya 29,3 faiz çoxdur. Bu il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə 339 milyon 700 min manat proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR