Gəncədə Ümumdünya Əhali gününə həsr edilmiş konfrans keçirilib

Gəncədə Ümumdünya Əhali gününə həsr edilmiş konfrans keçirilib
# 16 iyul 2019 12:20 (UTC +04:00)

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin Əhali Fondu tərəfindən Gəncə şəhərində 11 iyul - Ümumdünya Əhali gününə həsr edilmiş birgə regional konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ombudsman Elmira Süleymanova bildirib ki, Ümumdünya Əhali Günü ilk dəfə olaraq 1990-cı ildə qeyd edilib.

Onun sözlərinə görə, bu günün təsis edilməsinin əsas məqsədi dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyəsinin artırılması ilə bağlıdır.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyasının başlanmasının elan olunması, bu prosesdə respublikanın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həllində, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır.

Konfransda Gəncə şəhəri ilə yanaşı, ətraf rayonların icra hakimiyyəti orqanlarının, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, fəal qadınlar, sahibkarlar və gənclər iştirak edib.

Tədbir çıxışlarla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR