Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası təsdiq edilib

Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası təsdiq edilib
  • Clock-gray 11:08
  • calendar-gray 29 Yanvar 2021

Baş nazir Əli Əsədov “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə qərar imzalayıb.

APA-nın məlumatına görə, qərara əsasən, “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, əlilliyi olan şəxslərin reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. 

Firuzə Vahid

Digər xəbərlər