Mirhəsən Seyidov Türk Şurasının Gənclər Platformasının sədri seçilib

Mirhəsən Seyidov Türk Şurasının Gənclər Platformasının sədri seçilib
# 13 oktyabr 2019 17:12 (UTC +04:00)

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gənclər Platformasının bu gün Bakıda keçirilən birinci Baş Assambleyasında platformanın sədri vəzifəsinə seçkilər keçirilib.

APA-nın məlumatına görə, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının sədri seçilib.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək. Türk Şurası Gənclər Platformasının sədri dövlət başçılarının görüşündə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR