Muxtar Babayev: "Ölkəyə hibrid və ekoloji cəhətdən təmiz avtomobillərin gətirilməsini təşviq edirik"

Muxtar Babayev: "Ölkəyə hibrid və ekoloji cəhətdən təmiz avtomobillərin gətirilməsini təşviq edirik"
# 25 iyun 2019 13:02 (UTC +04:00)

"Azərbaycana hibrid və ekoloji cəhətdən təmiz avtomobillərin gətirilməsini təşviq edirik".

APA-nın xəbərinə görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləti Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazir bildirib ki, hibrid və ekoloji təmiz avtomobilləri ölkəyə gətirməklə atmosferə atılan zərərli qazların təsiri azalacaq.

M. Babayev Abşeron yarımadasında yaşıllıqların az olduğunu və bunun üçün yeni ağacların əkilməsinə ehtiyac yarandığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR