Nazir: “Məktəblərdə vahid formanın tətbiqi zamanı yalnız bir nümunədən istifadə olunmayacaq”

Nazir: “Məktəblərdə vahid formanın tətbiqi zamanı yalnız bir nümunədən istifadə olunmayacaq”
# 17 oktyabr 2019 15:25 (UTC +04:00)

Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfrasında məktəbli forması ilə bağlı məsələyə də aydınlıq gətirib.

APA-nın məlumatına görə, nazir bildirib ki, məktəblərdə vahid formanın olması bundan əvvəl də qanunvericilikdə əks olunmuşdu: “Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”ndə hər bir məktəbdə vahid məktəbli geyiminin olması əsk olunub. Ancaq hansı məktəbli formasının olmasının pedaqoji şuranın valideynlərlə, valideyn komitəsi ilə məsləhətləşmə əsasında müəyyən edilməsi nəzərdə tutulub. Qanunvericilik müxtəlif məktəblər arasında fərqli formanın olmasını istisna etmir. Ancaq hər bir məktəbdə vahid formanın olması əks olunub”.

Nazir bildirib ki, həmin məktəbli formasının hansı dizayna, standarta, keyfiyyətə uyğunluğu ilə bağlı hər bir məktəbin ayrı-ayrılıqda qərar verməsi mürəkkəb məsələdir: “Nazirlər Kabineti tərəfindən müxtəlif çeşidli, ancaq mütəxəssislər tərəfindən peşəkar formada hazırlanan, tam standartlara cavab verən bir neçə dizayn təsdiq olunacaq. Ümumtəhsil məktəbləri valideynlərlə birlikdə həmin dizaynların arasından seçim apara biləcəklər. Mütəxəssislər tərəfindən hazırlanan, standartlara uyğun seçilən məktəbli formaları daha keyfiyyətli olacaq. Ayrı-ayrı məktəblərdə vahid formanın olması nəzərdə tutulub, ancaq bu o demək deyil ki, bütün ölkə ərazisində yalnız bir nümunədən istifadə olunmalıdır. Nazirlər Kabinetinin qərarında bir neçə nümunənin təsdiqi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR