Nazir müavini: "Son bir ildə sosial təminat proqramlarından 600 minə yaxın uşaq yararlanıb"

Nazir müavini: "Son bir ildə sosial təminat proqramlarından 600 minə yaxın uşaq yararlanıb"
# 11 oktyabr 2019 18:01 (UTC +04:00)

Son bir ildə 600 minə yaxın uşaq müxtəlif sahələrdəki sosial təminat proqramlarından yararlanıb.

APA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, onlardan 93 mini sağlamlıq imkanları məhdud olan, şəhid uşaqları və valideynini itirmiş uşaqlardır: “Sosial yardım alan uşaqların sayı təqribən 150 minə yaxındır. Müxtəlif növ sosial müavinət və pensiya alan uşaqların sayı isə 160 mindir. Yeni doğulmaya görə birdəfəlik müavinət alan uşaqların sayı ötən il 130 min, bu ilin 3-cü rübündə isə 90 min olub”.

Anar Kərimov eyni zamanda bildirib ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarda eşitmə və nitq qüsuru olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin sayı 10-a çatdırılacaq:

“Görmə imkanları məhdud uşaqlar üçün dəstək mərkəzlərinin sayı 3-ə, valideynlərə dəstək mərkəzlərinin sayı 10-a, autizm və daun xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin sayı isə artırılaraq 15-ə çatdırılacaq. Ümumilikdə bu mərkəzlərin sayının 60-a çatdırılmasını planlaşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR