Nazir müavini: “Ölkədə övladlığagötürmə sistemi ciddi şəkildə təkmilləşdirilir”

Nazir müavini: “Ölkədə övladlığagötürmə sistemi ciddi şəkildə təkmilləşdirilir”
# 08 noyabr 2019 14:52 (UTC +04:00)

“Noyabrın 1-də övladlığagötürmə Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyinin səlahiyyətinə keçib. Hazırda hüquqi prosedurlarla bağlı bəzi məqamları gözləyirik".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfrasında deyib.

O bildirib ki, hazırda ölkədə övladlığagötürmə sistemi ciddi şəkildə təkmilləşdirilir: "Bununla bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. Artıq övladlığagötürmə ilə bağlı qanunvericilik aktlarındakı dəyişikliklər Milli Məclisdə müzakirə olunub. Yaxın vaxtlarda Milli Məclis tərəfindən bu aktların qəbul ediləcəyi və növbəti mərhələdə ölkə başçısı tərəfindən imzalanacağı gözlənilir. Bundan sonra Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi tam hüquqlu şəkildə yeni sistem üzərində bu proseslərin tənzimləməsinə başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR