Bakıda qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə reydlər keçirilib

Bakıda qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə reydlər keçirilib
# 17 iyul 2019 10:44 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxtın Nərimanov rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, reydlərdə Nərimanov Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak edib.

AQTA əməkdaşları Nərimanov rayonunun F.Yusifov, Ə.Əliyev və Ağa Neymatulla küçələrində 12 ünvanda fəaliyyət göstərən məntəqədə olub. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Araşdırmalar aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR