Sumqayıtda bir qrup şəxsə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

Sumqayıtda bir qrup şəxsə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM
# 21 noyabr 2019 16:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Babayeva Ofelya Hacıməmməd qızı

Quliyev Təbrik Müzəffər oğlu

Maxsudov Maxsudəli Abbas oğlu

Şəfiyev Əşrəf Cavad oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR