Sumqayıtda yayılmış iy-qoxunun səbəbi məlum olub

Sumqayıtda yayılmış iy-qoxunun səbəbi məlum olub
# 23 oktyabr 2019 17:48 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

APA-nın xəbərinə görə, Nazirliyin 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib ki, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub: "Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR