Kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyən uşaqların sayı azalıb

Kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyən uşaqların sayı azalıb
  • Clock-gray 09:48
  • calendar-gray 27 Yanvar 2016

Bakı. Fərid Mirzəyev – APA. “2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatları üçün növbə gözləyirdisə, artıq bu gün həmin növbə xeyli azalıb. Hazırda 100-ə yaxın uşaq kardiocərrahiyyə əməliyyat üçün növbə gözləyir”.

 

APA-nın xəbərinə görə, bunu M. A. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzinin baş həkim Yusif Əliyev deyib. O bildirib ki, Mərkəzdə uşaqların kardiocərrahiyyə əməliyyatı növbəlilik prinsipi ilə aparılır: “2011-ci ildən etibarən fəaliyyət göstərən Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində ümumilikdə 1000-dən yuxarı uşaq əməliyyat olunub. Bu əməliyyatlardan 100-ü qapalı, yerdə qalanları isə açıq ürək əməliyyatları olub. Mərkəz fəaliyyətə başlayan zaman 72 uşaq əməliyyat olunmuşdu. Ötən il isə mərkəzdə 300-dən artıq uşaq əməliyyat edilib”.
 
M. A. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin direktoru Böyükkişi Ağayev qeyd edib ki, Azərbaycanda uşaqların anadangəlmə ürək qüsurları dünya ölkələri ilə müqayisədə 2-3 dəfə azdır: “Bizim mərkəzdə hətta 1 günlük, 4 günlük uşaqların ürəklərində əməliyyat aparılıb. Əməliyyat olunan ən böyük uşağın yaşı 17 olub. Bütün əməliyyatlar dövlət hesabına, ödənişsiz həyata keçirilir”. 

Nurşən Quliyev

Digər xəbərlər