Xətai rayonunun böyük bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq

Xətai rayonunun böyük bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq
# 20 noyabr 2019 03:16 (UTC +04:00)

Bu gün Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

Bu barədə APA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR