"Xəzər Dəniz Gəmiçiliyi" gəmilərə xəbərdarlıq göndərib

"Xəzər Dəniz Gəmiçiliyi" gəmilərə xəbərdarlıq göndərib
# 21 sentyabr 2019 12:42 (UTC +04:00)

Sentyabrın 22-i günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

Bu barədə APA-ya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib.

Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR