Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib

Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib
# 17 oktyabr 2019 12:24 (UTC +04:00)

Bakı Konqres Mərkəzində “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın yeni magistr ixtisaslaşması üzrə tədris proqramının başlanması münasibəti ilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, UNICEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov iştirak ediblər.

Tədbirdə çıxış edən nazir A.Rəhimov proqramın başlaması münasibətilə gəncləri təbrik edib. O bidirib ki, Azərbaycanda gənclər siyasəti 1994-cü ildən həyata keçirilməyə başlanılıb:

"Azərbaycan gənclər siyasətinin inkişafına malik olan ölkələrdən biridir. Bununla bağlı 2011-ci ildə Gənclər Fondu yaradılıb. Gənclər evləri genişlənməkdədir. Gənclərin ictimai fəallığı yüksəkdir. Ölkədə qeydiyyatdan keçən 300-dən artıq gənclər təşkilati var. Gənclər siyasəti sahəsində kadrların hazırlanması, gənclərlə işin təhlili, təşkili ilə bağlı mütəxəssislərin hazırlanması istiqamətində dövlətin vəzifələri vacibdir. Ölkə əhalisinin yarısının 29 yaşına qədər olduğunu nəzərə alsaq, onlarla işləyən mütəxəssislərin hazırlanması önəmlidir. Keçən ildən bu proqram hazırlanıb. Burada əsasən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dəstəkçimiz olub".

E.Karvardin də bildirib ki, ölkə əhalisinin 1/3 gənclərdən ibarətdir:

"Gənclərlə iş dövlətin sosial iqtisadi gündəliyində mühüm rol oynayır. Azərbaycan bu proqrama qoşulan 10 ölkədən biridir. Gələcəyə baxsaq, bu proqram akademik xarakter daşımaya bilər. Düşünürəm ki, proqramın məzunları üçün dövlət və qeyri-dövlət sektorlarında işləmək imkanı yaradılmalıdır. Bundan başqa, gənclərlə işləyən şəxslər üçün akkreditasiya proqramı həyata keçirməlidir. Onlar uzun illər bu sahədə təcrübə toplayıb və onlara bunu təsdiq etdirmək imkanı yaradılmalıdır".

Tədbirdə çıxış edən nazir müavini F.Qurbanov qeyd edib ki, bu proqramın gələcək inkişaf üçün böyük əhəmiyyəti var:

"Bunun bir neçə amili var. Ölkə əhalisinin 27 faizi gənclərdir və gənclər bizim gələcəyimizdir. Gənclər həm də bizim bu günümüzdür. Müasir dövrdə dünyada gedən qlobal proseslər, iqtisadi böhranlar, ekoloji problemlər hər bir ölkənin dayanıqlı inkişafını tələb edir. Ölkənin gələcəyini təmin etmək üçün böyük işlər aparılmalıdır. Gənclərin bu sahədə böyük rolu var. Hər bir ölkə gəncləri üçün müvafiq şərait yaratmalıdır. Gənclərlə iş üzrə menecmentin təşkili ilə bağlı mütəxəssislərin inkişafı olduqca böyük əhəmiyyətə malikdir".

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru U.Ələkbərov magistr proqramının əhəmiyyətindən danışıb. O, həmçinin ölkədə aparılan gənclər siyasətindən də söz açıb.

Tədbirdə magistrlərin xaricdə iştirak etdiyi təlimlərlə bağlı video-çarx nümayiş olunub.

Sonda mükafatlandırma mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR