ABŞ Kino Akademiyası 50 il sonra Sahen Litlfezerdən üzr istəyib

ABŞ Kino Akademiyası 50 il sonra Sahen Litlfezerdən üzr istəyib
# 16 avqust 2022 12:29 (UTC +04:00)

Oskar mükafatlandırma mərasimlərini təşkil edən Kino Sənəti və Elmləri Akademiyası 50 il sonra Sahen Litlfezerdən üzr istəyib.

APA NTV-yə istinadən xəbər verir ki, Akademiya hətta öz muzeylərində Litlfezer üçün xüsusi tədbir keçirəcəyini də açıqlayıb. Akademiya prezidenti David Rubin isə “Sizə qarşı olan tənqidlər əsassız və üzücü idi” – deyə bildirib.

Qeyd edək ki, 1973-cü ildə Marlon Brando “Xaç atası” filminə görə aldığı “Oskar” mükafatını rədd edərək mükafatlandrıma mərasiminə öz nümayəndəsi kimi 26 yaşlı Sahen Litlfezeri göndərmişdi. Brondonun məqsədi ABŞ-da qaradərililərə qarşı olan sıxışdırmaları protest etmək idi. Bu səbəbdən, öz yerinə ağdərili xanım Saheni göndərmiş və rəddetmə səbəbini məhz onun açıqlamasını istəmişdi. Sahen isə səhnədə sözügedən açıqlamanı edərkən kəskin tənqidlərə məruz qalmışdı. Akademiya isə bu tənqidlərə susmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR