İlhamə Quliyeva: “Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi mütləq əbədiləşdirilməlidir”

İlhamə Quliyeva: “Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi mütləq əbədiləşdirilməlidir”
# 26 iyun 2008 10:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artistləri Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi əbədiləşdiriləcək. Bu barədə APA-ya xalq artisti İlhamə Quliyeva məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda hər iki sənətkarın yaşadığı evin qarşısında onların barelyefi qoyulacaq: “Nə qədər ki, mən sağam, onların xatirəsi mütləq əbədiləşdirilməlidir. Onların xatirəsi əbədiləşdirilməsə, çox böyük günah olar”. T. İsmayılovanın 65 il Azərbaycan mədəniyyətinə xidmət etdiyini deyən İ. Quliyeva, bu zamana kimi mərhum sənətkarın bir diskinin belə olmadığını açıqlayıb: “Tükəzban xanımın vaxtında barmaqla sayılası qədər sənətkar var idi. O zamanın sənətkarları sözün əsil mənasında sənətkarlardırlar. Bu ilin dekabrın 21-də Türkəzban xanımın 85 yaşı tamam olacaq. Çox adamlar utansınlar ki, bu zamana kimi bu cür sənətkarın hələ bir diski belə buraxılmayıb. Onun yubileyinə klassik muğamlarından ibarət bir disk hazırlayacağam. Güman edirəm ki, 85 illik yubileylə bağlı Tükəzban xanımın xatirə gecəsini də keçirəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR