Azərbaycanda keçirilməli olan Şahmat Olimpiadası təxirə salınıb

Azərbaycanda keçirilməli olan Şahmat Olimpiadası təxirə salınıb
  • Clock-gray 12:31
  • calendar-gray 04 İyul 2020

Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb. 

Azərbaycan Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası nəzərdə tutulan vaxtda olmayacaq.

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda keçirilməliydi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixləri gələcək günlərdə açıqlanacaq.

Qeyd edək ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Koronavirus pandemiyası səbəbindən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasından başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2020 superturniri də təxirə salınıb.

ApaSport

Digər xəbərlər