Şahmat üzrə İddiaçılar Turniri yarımçıq dayandırılıb

Şahmat üzrə İddiaçılar Turniri yarımçıq dayandırılıb
# 26 mart 2020 12:06 (UTC +04:00)

Rusiyanın Yekaterinburq şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyasının yayılması səbəb olub.

FİDE turnirin I dövrəsindən sonra yarışı davam etdirməmək barədə qərar verib. Nəticələr saxlanılıb və II dövrə sonradan keçiriləcək. Lakin son 7 turun nə vaxt baş tutacağı bəlli deyil.

I dövrədən sonra yarışın lideri fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşidir. Onlar 7 turda 4,5 xal toplayıb. Rusiyalı Aleksandr Qrişuk, niderlandlı Aniş Qiri, çinli Van Hao və ABŞ təmsilçisi Fabano Karuana 3,5 xala malikdir. Rusiyalı Kiril Alekseyenko və çinli Din Lijen 2,5 xala malikdir. Turnirin qalibi dünya çempionu adı uğrunda matçda norveçli Maqnus Karlsenlə qarşılaşmalıdır.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov məhz koronavirus səbəbindən yarışa qatılmaqdan imtina edib. Onu Maksim Vaşye-Laqrav əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR