Teymur Rəcəbov: “Strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”

Teymur Rəcəbov: “Strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”
  • Clock-gray 10:45
  • calendar-gray 02 Yanvar 2021

“Finala yüksəldiyim üçün xoşbəxtəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksələn qrossmeyster yarımfinalın Danil Dubovla görüşündəki taktikasına aydınlıq gətirib: “Çalışırdım ki, oyunu bacardığım qədər sakit məcraya daşıyım. Bu da alındı. Mənim matç üçün strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”.

Finalda erməni Levon Aronyanla görüşəcək Teymur rəqibinin oyununa da toxunub: “Levon əvvəllər olduğu kimi yenə əla şahmat nümayiş etdirir”.

Qeyd edək ki, turnirin final oyunları bu gün və sabah keçiriləcək.

ApaSport

Digər xəbərlər