Azad Rəhimov Avropa birinciliyində uğur qazanan gənc şahmatçılarla görüşüb

Azad Rəhimov Avropa birinciliyində uğur qazanan gənc şahmatçılarla görüşüb
  • Clock-gray 09:27
  • calendar-gray 27 Avqust 2019

Azərbaycan Gənclər və İdman Nazirliyində (AGİN) avqustda Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində mükafatlar qazanmış Azərbaycan şahmatçıları, onların məşqçiləri və valideynləri ilə görüş keçirilib. 

AGİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Faiq Həsənovla Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Nazir gənc idmançıları ürəkdən təbrik edib, Azərbaycan şahmatının gələcək inkişafında onların hər birinin xüsusi rolu olduğunu vurğulayıb. Daha sonra Azad Rəhimov, Azərbaycan şahmatının ənənələrindən, Azərbaycanda təşkil edilib keçirilən Ümumdünya Şahmat Olimpiadası, Dünya Kuboku, super-turnirlər və beynəlxalq şahmat festivalları kimi tədbirlər haqda məlumat verib. Nazir Azərbaycan dövləti və şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bütün Azərbaycan idmanına olduğu kimi, şahmata da xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

M. Məmmədov da qalibləri təbrik edərək, bütün şahmatçılar adından göstərilən qayğıya görə dövlət başçısına və Gənclər və İdman Nazirliyinə öz təşəkkürünü bildirib.

Görüşün sonunda A. Rəhimov Avropa birinciliyində mükafatlar qazanmış gənc şahmatçılara AGİN-in fəxri fərmanlarını və pul mükafatları təqdim edib.

Qeyd edək ki, Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal əldə qazanıblar. 14 yaşadək qızlar arasında Ayan Allahverdiyeva (Bakı) və 8 yaşadək qızlar arasında Dinara Hüseynova (Bakı) qızıl, 8 yaşadək qızlar arasında Səadət Bəşirli (Gəncə) gümüş, 8 yaşadək oğlanlar arasında Yusif Kərimli (Şəki) və 10 yaşadək oğlanlar arasında Cahandar Azadəliyev (Bakı) bürünc medal qazanıblar. Ümumi hesabda Azərbaycan komandası Rusiyadan sonra Avropa birinciliyində ikinci nəticə göstərib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date