Azərbaycanın 2 şahmatçısı beynəlxalq usta normasını yerinə yetirib

Azərbaycanın 2 şahmatçısı beynəlxalq usta normasını yerinə yetirib
# 14 fevral 2022 10:09 (UTC +04:00)

Naxçıvan şəhərində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilkin mərhələsi sona çatıb.

Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın əsasnaməsinə əsasən ilk dörd yeri tutan şahmatçı final mərhələsinə vəsiqə qazanıb.

Hərəyə 7 xal toplayan Vasif Durarbəyli və Misrətdin İsgəndərov 1-2-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə Vasif Durarbəyli birinci yerin sahibi olub. Aydın Süleymanlı 6 xal ilə 3-cü yeri tutub. Hərəyə 5,5 xal toplayan Məhəmməd Muradlı, Eltac Səfərli, Murad İbrahimli və Əhməd Əhmədzadə 4-7-ci yerlərdə qərarlaşıb. Əlavə göstəricilərə görə 4-cü yerə layiq görülən Məhəmməd Muradlı final mərhələsinə vəsiqəni təmin edib.

Çempionatda iki şahmatçı - Xəzər Babazadə və Uğur İlyaslı beynəlxalq usta normasını yerinə yetirib.

Beləliklə, yarımfinalda Vasif Durarbəyli Muradlı Məhəmmədlə, Misrətdin İsgəndərov isə Aydın Söleymanlı ilə qarşılaşacaq.

Final mərhələsi 15-18 fevral tarixlərində keçiriləcək. İlk oyunlar saat 14-00, cavab görüşləri 12-00-da başlayacaq.

Qeyd edək ki, final mərhələsi İdman Azərbaycan kanalı ilə şərh olunacaq. Partiyaları beynəlxalq qrossmeyster, gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov və beynəlxalq qrossmeyster Nicat Abasov şərh edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR