AÇ-2019: 3 güləşçimiz medal uğrunda mübarizəni davam etdirəcək

AÇ-2019: 3 güləşçimiz medal uğrunda mübarizəni davam etdirəcək
# 11 aprel 2019 19:57 (UTC +04:00)

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

ONA-nın məlumatına görə, dördüncü yarış günündə daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Tatyana Varansova (53 kq) ilk mərhələdə ikiqat dünya və Avropa çempionuna müqavimət göstərə bilməyib.

Alyona Kolesnik (57 kq) startda isveçli rəqibini elə ilk dəqiqədə "tuşe" ilə məğlub edib. Macar idmançıyla görüşə də yaxşı başlayan Kolesnik 5 xal fərqiylə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən Alyona xalçadan məğlub ayrılıb. Rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü aprelin 12-də təsəlliverici görüşə çıxacaq.

Tatyana Omelçenko (62 kq) da qitə birinciliyinə inamlı qələbəylə start verib. Yığma üzvü Norveç təmsilçisini vaxtından əvvəl üstələyib. Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzub. Tatyana aprelin 12-də “bürünc” üçün güləşəcək.

Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis 1/4 finalda alman güləşçini də məyus edərək yarımfinala yüksəlib. Bu mərhələdə dünya və Avropa çempionu ilə qarşılaşan Manalova möhtəşəm güləş sərgiləyib. Titullu rəqibini “tuşe” ilə məğlub edən Elis ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl 2-ci il AÇ-nin finalına yüksəlib.

Qeyd edək ki, qadın güləşi üzrə millimizin 3 üzvü bu gün bürünc medal uğrunda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR