AFFA-nın baş katibi UEFA-da komitə sədri seçilib

AFFA-nın baş katibi UEFA-da komitə sədri seçilib
# 31 may 2019 10:19 (UTC +04:00)

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.

ONA-nın məlumatına görə, bu, Bakıda keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında gerçəkləşib

Artıq bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub. E.Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR