Azərbaycan millisinin baş məşqçisi: “Hər matça qələbə üçün çıxırıq”

Azərbaycan millisinin baş məşqçisi: “Hər matça qələbə üçün çıxırıq”
# 12 iyun 2019 10:43 (UTC +04:00)

“Gürcüstanla görüş üçün məşqlərimizi başa vurmuşuq. Oyuna hazırıq”.

APA-nın məlumatına görə, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

Gənc mütəxəssis komandamızın Gümüş Avropa Liqasında Gürcüstanla oyunu öncəsi fikrilərini açıqlayıb. O bildirib ki, bu gün Bakıda keçiriləcək qarşılaşmada əsas hədəfləri qələbə qazanmaqdır: “Səfərdə rəqibimizi 3:1 hesabı ilə məğlub etmişdik. Qrupda üçüncü yerdəyik. Deyə bilərəm ki, komandamız həvəslə mübarizə aparır, voleybolçular oyun zamanı bir-birlərinə kömək edirlər. Amma bəzi oyunçularımızın tam formada olmaması, əsas oyun qurucumuzun bizə kömək edə bilməməsi məğlubiyyətlərin əsas səbəblərindəndir. Buna baxmayaraq, hər matça qələbə üçün çıxırıq və sona kimi mübarizə aparırıq. Gürcüstanla da gözəl oyun göstərməyə çalışacağıq”.

Qeyd edək ki, Voleybol Mərkəzində keçiriləcək Azərbaycan – Gürcüstan oyunu saat 17:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR