Azərbaycan millisinin baş məşqçisi: "Heyətlə bağlı çox suallarımız qalıb"

Azərbaycan millisinin baş məşqçisi: "Heyətlə bağlı çox suallarımız qalıb"
  • Clock-gray 01:14
  • calendar-gray 23 Avqust 2019

“Budapeşt gözəl şəhərdir. Bu üzdən belə bir məkanda oynamağımıza çox şadıq”.

APA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis ilk dəfə 4 ölkədə təşkil olunan Avropa çempionatının startı ərəfəsində fikirlərini açıqlayıb. C.Kaprara oyunları Macarıstanda təşkil olunan qrupda mübarizə aparacaq millimizin üzləşdiyi çətinlikləri vurğulayıb: “Çempionata qədər cəmi üç yoxlama oyunu keçirmişik. Buna görə də heyətlə bağlı çox suallarımız qalıb. Lakin heyətin özəyini qısa zamanda qurmağa çalışacağıq”.

Qeyd edək ki, ilk oyununu bu gün keçirəcək millimiz Xorvatiya ilə üz-üzə gələcək. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date