Azərbaycan yığması FİVB-nin reytinq siyahısında mövqeyini qoruyub

Azərbaycan yığması FİVB-nin reytinq siyahısında mövqeyini qoruyub
# 11 oktyabr 2019 10:15 (UTC +04:00)

FİVB qadın voleybolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

APA-nın məlumatına görə, Dünya Kubokunun yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan yığması da yer alıb.

Covanni Kapraranın gedişindən sonra başsız qalan milli reytinqdəki 168 ölkə arasında 22-ci pillədə qərarlaşıb. Aktivində 33 xalı olan əsas komandanın mövqeyi dəyişməz qalıb.

Siyahıya Dünya Kubokunun qalibi adını qazanan Çin başçılıq edir. Onlar 320 reytinq xalına malikdirlər. Finalda asiyalılara uduzan ABŞ (266) ikinci pilləyə yüksəldiyi halda, üçüncü yeri Serbiyaya (252) verib.

Qeyd edək ki, Azərbaycan yığması Dünya Kubokunda oynamayıb. Komandamızın aktivindəki xallar DÇ-2018-də qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR