Azərbaycan yığması Rusiya və Ukrayna yığması ilə qarşılaşacaq

Azərbaycan yığması Rusiya və Ukrayna yığması ilə qarşılaşacaq
# 05 noyabr 2019 15:23 (UTC +04:00)

Noyabrın 23-28-də 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatı keçiriləcək.

APA-nın məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə 9 ölkənin iştirakı ilə baş tutacaq yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yeni baş məşqçi Emin Əbilovun rəhbərlik edəcəyi komanda A qrupunda Azərbaycan, Gürcüstan, Latviya, Rusiya və Ukrayna ilə oynayacaq. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa milliləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, qrup qalibləri finalda iştirak hüququ qazanacaqlar. İkinci yerin sahibləri isə bürünc medalçını müəyyənləşdirəcəklər.

Qeyd edək ki, U-16 yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışındadır. E. Əbilovun sərəncamında 18 voleybolçu var.


23 noyabr
15:00. Azərbaycan - Ukrayna
17:30. Gürcüstan - Rusiya

24 noyabr
15:00. Gürcüstan - Latviya
17:30. Rusiya - Ukrayna

25 noyabr
10:00. Latviya - Rusiya
15:00. Azərbaycan – Gürcüstan

26 noyabr
12:30. Rusiya - Azərbaycan
17:30. Ukrayna – Latviya

27 noyabr
10:00. Latviya - Azərbaycan
15:00. Ukrayna – Gürcüstan

28 noyabr
10:00. 7-ci yer uğrunda (A4-B4)
12:30. 5-ci yer uğrunda (A3-B3)
15:00. 3-cü yer uğrunda (A2-B2)
17:30. Final (A1-B1)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR