Bakıda Avropa Liqasının finalının açılış mərasimi keçirilib

Bakıda Avropa Liqasının finalının açılış mərasimi keçirilib
# 29 may 2019 22:56 (UTC +04:00)

Bakıda keçirilən Avropa Liqasının final oyununun açılış mərasimi keçirilib.

ONA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan tədbirdə böyük britaniyalı DJ Conas Blu şou proqramla çıxış edib.

Böyük britaniyalı ifaçı 150 yerli rəqqasla birgə azarkeşlərin zövqünü oxşayıb. Onlar “Çelsi” və “Arsenal” arasındakı qarşılaşmadan 15 dəqiqə əvvəl arenaya çıxıblar. Həmin an stadionda atəşfəşanlıq da olub.

Ardınca Avropa Liqasının kuboku meydana gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR