Faiq Qarayev: “Məsləhət olarsa, məşqçiliyə davam edərəm”

Faiq Qarayev: “Məsləhət olarsa, məşqçiliyə davam edərəm”
# 30 oktyabr 2019 14:36 (UTC +04:00)

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev məşqçilik karyerasını bərpa edə bilər.

APA-nın məlumatına görə, bunu təcrübəli mütəxəssis 2-ci dərəcəli “Əmək” ordeninin təqdimetmə mərasimindən sonra deyib.

O, jurnalistlərə açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisinin yaxın müddətdə müəyyənləşəcəyini, bunun federasiya prezidenti Cavid Qurbanovla görüşdə müzakirə olunacağını bildirib: “Qadınlardan ibarət yığmanın baş məşqçisi məsələsi ilə bağlı həftə ərzində Cavid müəllimlə danışacağıq. Hansı məşqçi barədə fikirləşdiyimizi müzakirə edəcəyik. Mənə gəlincə, məşqçilik karyeramı qurtarmamışam. Səhhətimdə problem var idi, müalicə alırdım. Lazım olarsa, məsləhət olarsa məşqçiliyə davam edərəm. Amma indi federasiyanın zalında gənc komanda yığıb, gələn həftədən işləməyə başlayacağam. Gənc oyunçularla işləməkdə məşqçilərə kömək edəcəyəm. Məşqçi karyeram davam edəcək”.

Qeyd edək ki, italiyalı Covanni Kapraranın gedişindən sonra Azərbaycan yığması baş məşqçisi qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR