Rikardo Kuarejma: “Bakıya heyranam”

Rikardo Kuarejma: “Bakıya heyranam”
# 31 may 2019 11:46 (UTC +04:00)

“Bakıya yeni gəlmişəm. Şəhəri görmək üçün çox az vaxtım olub. Amma bu qısa müddətdə də şəhəri çox sevdim. Şəhər inanılmaz dərəcədə gözəldir”.

ONA-nın məlumatına görə, bunu Portuqaliya millisinin və Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardo Kuarejma deyib.

Bakının qonağı olan 36 yaşlı yarımmüdafiəçi Azərbaycan Gənclər və İdman Nazirliyində təşkil olunan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Portuqaliyalı yarımmüdafiəçi klubuna bağlılığı barədə danışıb: “Beşiktaş”la müqaviləm var və bu kluba bağlıyam”.

R.Kuarejma “Qalatasaray”dan ala biləcəyi təklifdən imtina edəcəyini bildirib: “Müqavilə ilə bağlı olduğum “Beşiktaş”da çox xoşbəxtəm. Klub prezidenti və rəhbərlikdən mənə heç nə deyilməyib. Bu komandanı çox sevirəm. Türkiyədə yalnız bir klubda oynayaram”.

R.Kuarejma səfərinin müddəti barədə suala cavab verib: “Bir neçə günlük gəlmişəm. Dəqiq müddəti deyə bilmərəm. Burda olduğum müddətdə həyat yoldaşıma vaxt ayırıb, şəhəri gəzəcəyəm, azərbaycanlılarla yaxından tanış olmağa çalışacağam. Bakıya heyranam və hər zaman tətil üçün bura gəlməyə hazıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR