Azərbaycan millisinin voleybolçusu “Jetısu” ilə müqavilə imzalayıb

Anastasiya Qurbanova

© APA | Anastasiya Qurbanova

# 01 sentyabr 2021 11:15 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner karyerasını Qazaxıstanda davam etdirəcək.

32 yaşlı hücumçu “Jetısu” ilə müqavilə imzalayıb. Qurbanova bir mövsüm bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Anastasiya karyerası ərzində “Azərreyl” (Azərbaycan), “Proton” (Rusiya), “Venel” (Fransa), “Karfaj” (Tunis) və “Adam” (Türkiyə) klublarının formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR