Bakı klubu avrokubokda hər iki oyununu səfərdə keçirəcək

Bakı klubu avrokubokda hər iki oyununu səfərdə keçirəcək
# 14 avqust 2019 16:42 (UTC +04:00)

Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun avrokubokdakı matçlarının vaxtı dəqiqləşib.

APA-nın məlumatına görə, EHF kubokunda debüt edəcək Bakı təmsilçisi Ukraynanın “Qaliçanka” klubu ilə ilk matçına sentyabrın 7-də çıxacaq.

Lvovda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Paytaxtımızda keçirilməli cavab oyununu da bu şəhər qəbul edəcək. “Azəryol”in “Qaliçanka” ilə ikinci qarşılaşması sentyabrın 8-nə təsadüf edəcək. Görüş isə saat 19:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR