“Bakı - İsam mədəniyyətinin paytaxtıdır” mövzusunda ən yaxşı məqalə müsabiqəsi elan edilib

Bakı. İlhamə İsabalayeva – APA. Bakı Mədəniyyət və Turizm İdarəsi www.baku-art.az informasiya saytı ilə birgə “Bakı - İsam mədəniyyətinin paytaxtıdır” mövzusunda ən yaxşı məqalə üzrə müsabiqə elan edilib. Bakı Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, jurnalistlərin yazıları bu ilin noyabrın 1-dək rus və ya Azərbaycan dillərində qəbul ediləcək. Yazıların işarəsi 6 min işarəyədək olmalıdır. Müsabiqədə birinci yerə layiq görülənlər birinci dərəcəli diplom və 500 manat, ikinci yerə layiq görülənlər ikinci dərəcəli diplom və 300 manat, üçüncü yerə layiq görülənlər üçüncü dərəcəli diplom və 200 manat pulla mükafatlandırılacaq.
Turizm

Milli Kulinariya Komandası BƏƏ-də keçirilən beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb

Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində iştirak edir

Azərbaycan və BƏƏ arasında qarşılıqlı turizm səfərlərinin sayının artırılması müzakirə edilib
