Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclasının keçirilməsi nəzərdə tutulur

Bakı. Ülkər Qasımova-APA. Bu il 25-26 mart tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclası və “İqtisadiyyat Böhranının Avropa Turizminə təsiri” adlı texniki seminarın keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, seminarda BMÜTT-nin Avropa Komissiyasına üzv olan ölkələrinin nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin Baş Katibi vəzifəsini icra edən Taleb Rifai, BMÜTT-nin Avropa üzrə nümayəndəsi Eduardo Fayos-Sola, HORTEC beynəlxalq təşkilatının prezidenti Kent Nyström, Koreyanın Turizm Təşkilatının prezidenti Jee-Çul-un iştirakı nəzərdə tutulur.

Turizm

Azərbaycan və BƏƏ arasında qarşılıqlı turizm səfərlərinin sayının artırılması müzakirə edilib

Ulduz alan hotellərin sayı açıqlanıb

Rezort hotellərə ulduz kateqoriyası minimum 3-dən başlayaraq müəyyən edilir