Bakıda Asiya ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə mütəxəssislərin regional görüşü başlayıb

Bakıda Asiya ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə mütəxəssislərin regional görüşü başlayıb
# 30 sentyabr 2009 08:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Şirvanşahlar Sarayı Kompleksində Asiya ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə mütəxəssislərin regional görüşü keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov regional görüşün nazirlik və İSESCO tərəfindən birgə təşkil olunduğunu bildirib: “Görüşün məqsədi mədəni irs və turizm sahəsində çalışan beynəlxalq və yerli mütəxəssislərin bilik və təcrübə mübadiləsi, bu sahələrin bir-biri ilə sıx əlaqələrinin tədqiqidir”.

R. Bayramovun sözlərinə görə, beynəlxalq tədbirdə Azərbaycan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya və Malayziyadan mütəxəssislər iştirak edir. Görüş oktyabrın 2-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR