Azərbaycanda 35 yeni otel tikilir

Azərbaycanda 35 yeni otel tikilir
# 29 dekabr 2009 09:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Hazırda Azərbaycan ərazisində 35 yeni otel inşa olunur. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib: «2015-ci ilə qədər Azərbaycandakı otellərdə yataq yerlərinin sayı 30 minə çatacaq».

Nazir qeyd edib ki, hər il Azərbaycanda 100-ə yaxın əlavə yerləşdirmə yerləri yaranır: «Nəzərdə tuturuq ki, gələn ildən etibarən turizmlə bağlı dövlət proqramının gerçəkləşməsi başladıqdan sonra, 2015-ci ildə Azərbaycanda otellərdə yataq yerlərinin sayını 30 minə çatdıraq. Bu da bizim respublika üçün çox əla rəqəm olacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR