Prezident İlham Əliyev IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılış mərasimində iştirak edib

Prezident İlham Əliyev IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılış mərasimində iştirak edib
# 28 aprel 2010 09:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Qeyd edək ki, bu il 2 pavilyonda keçirilən sərgidə 100-dən çox şirkət iştirak edir. Ekspozisiya sahəsinin 80%-dən çox hissəsi tutulub. Sərgidə iştirak edən şirkətlərin sayında 2009-cu ilə nisbətən bu il 20% artım müşahidə olunur. Bu il tədbirdə İtaliya, İsveçrə, Almaniya, Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarus, Çin, Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kamboca, Sinqapur öz turizm istiqamətlərini təqdim edəcək.

Hər bir turizm sərgisi üçün əsas dəyərlərdən biri sayılan milli stendlər də builki sərgidə iştirak edir. Belə ki, Türkiyə, Yunanıstan, Kipr, Malayziya, Tunis, BƏƏ, Mavriki, Hindistan, Çexiya və Gürcüstan sərgi stendlərində öz ölkələrinin milli koloritlərini nümayiş etdirir. Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər “Adalarda cənnət” adlı ekzotik turizm marşrutunu təqdim edir. “AITF 2010” sərgisinə başda qubernatoru olmaqla Stavropol diyarının nümayəndə heyəti gəlib. Stavropol diyarının tanınmış kurort şəhərləri olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk ziyarətçilərə sanatoriya müalicəsi üzrə xidmətlərin ən geniş diapazonunu təqdim edir.

Bununla yanaşı, sərgi çərçivəsində turizm sektorunun peşəkarları üçün İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri/Dubay, İsrail və İtaliyada turizmin təşkilinə həsr edilmiş seminarlar keçiriləcək.

Turizm sərgisi ilə yanaşı, bu il IV Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi “HOREX” keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR