Xəzər dənizi sahilində regionun ən iri kurortu inşa olunacaq

Xəzər dənizi sahilində regionun ən iri kurortu inşa olunacaq
# 09 iyun 2010 06:20 (UTC +04:00)
«APA-Economics»in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Xəzər dənizinin Qazaxıstan sahilində 5 ildən sonra beynəlxalq standartlara uyğun yeni kurort, 20 km ondan aralıqda isə yeni hava limanı inşa olunacaq. Artıq tikinti işlərinə dair Qazaxıstan hökuməti ilə Suriya Beynəlxalq İşgüzar Mərkəzi (SIBC) arasında müvafiq saziş imzalanıb.

«Kenderli Beach» adını daşıyacaq yeni kurort 1 700 hektar sahəni əhatə edəcək. Hava limanının isə tikintisinə artıq bu il start veriləcək.

Bundan başqa, kurort yaxınlığında duzlu suyu şirinləşləşdirilməsi (təmizləyici) zavod tikiləcək. İstirahət zonasında üç, dörd və beş ulduzlu hotellər inşa olunacaq. Eyni zamanda, gələcək kurortun infrastrukturuna avtomobil yolları, elektrostansiya, avtovağzal, avtomobillər üçün parkinq, parklar, idman meydançaları, akvapark, attraksion tikintisi və bir neçə çimərliyin yaradılması daxildir.

Layihənin ümumi dəyəri isə ilkin olaraq 5,6 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir. Miqyasına görə, sözügedən kurortun Qazaxıstan və ümumiyyətlə Xəzər dənizi ətrafında ən iri istirahət zonası olacağı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR