Əbülfəs Qarayev: “Bu il ölkəmizə daha çox turist axını gözləyirik”

Əbülfəs Qarayev: “Bu il ölkəmizə daha çox turist axını gözləyirik”
# 11 iyun 2010 08:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan turizm mövsümünə hazırdır. Bu il daha çox turist axını gözləyirik. Tamamlanmış olan infrastruktur layihələri, o cümlədən Bakı-Şamaxı və Bakı-Xaçmaz yolu turist axınına müsbət təsir göstərib”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, ötən ilə nisbətən artıq yerli turizm müəssisələri daha çox rəqabətə hazır vəziyyətdədir. Nazir bu yaxınlarda Azərbaycanda turizm mövsümünün açılışı ilə bağlı müvafiq tədbirlər keçiriləcəyini söyləyib. Eyni zamanda iyunun sonlarında Bakıda GUAM ölkələri turizm nazirlərinin toplantısının keçirilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR